"Qarabağ"da şok itki: uzun müddət oynamaya bilər

18:23 - 24 Mart 2019

"Qarabağ" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun müdafiəçisi Yakub Yezniçak zədələnib. 

 

Polşalı müdafiəçi hal-hazırda "Zirə" ilə davam edən yoxlama oyununun ikinci hissəsinin əvvəlində diz nahiyəsindən ciddi zədə alıb.  Futbolçu həkimlərin köməkliyi ilə meydanı tərk edib. İlkin ehtimallara görə, mərkəz müdafiəçisi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 

 

Qeyd edək ki, Yakub Jezniçak bu mövsüm "Qarabağ"ın heyətində 11 matçda iştirak edib və 1 qolla yadda qalıb.  

 

Xəbər xətti