Millimiz ərəblərə uduzdu

01:01 - 25 Mart 2019

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "Dalğa Arena"da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız rəqibinə 0:1 hesabı ilə uduzub.

 

Qeyd edək ki, bu komandalar arasında martın 22-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Xəbər xətti