Luka Modriç: "İlk siqnal Azərbaycana qarşı oyunda idi"

10:56 - 25 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində millimizlə birgə E qrupunda qərarlaşan Xorvatiya yığması səfərdə Macarıstana 1:2 hesabı ilə uduzub.

 

Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, oyundan sonra Xorvatiya yığma komandasının kapitanı Luka Modriç məğlubiyyəti şərh edib:

 

"Adımıza layiq oyun nümayiş etdirmədik. Macarlar çox sərt və hücumameyilli oynadılar. Hesabda geri düşsələr də, geri dönməyi bacardılar. Bu məğlubiyyəti gözləmirdik, oyanmalıyıq. İlk siqnal Azərbaycana qarşı oyunda idi. Lakin həmin qarşılaşmada bir yolla qalib gəlməyi bacardıq. Ancaq bu oyun bizim üçün yeni şok oldu".

 

Modriç dünya çempionatındakı uğurlu nəticəni unutmaq lazım olduğunu deyib: "Artıq dünya çempionatında baş verənləri unutmalıyıq. Futbol həyatı belədir, zəfərlərin dadını çıxarmaq üçün zamanımız yoxdur. Yeni oyunlar gəlir və hər komanda bizə problem yarada bilər. Keçirdiyimiz son iki oyundan daha yaxşı olmaq məcburiyyətindəyik. Bu məğlubiyyəti analiz edəcəyik. Belə davam etsək, böyük problemlər yaşayacağıq".

 

33 yaşlı yarımmüdafiəçi yenilgini faciə hesab etməyib: "Sıx müdafiə xəttini qırmaq üçün daha sürətli oynamalıyıq. Azərbaycanla oyunda bunu çox çətinliklə etdik, lakin macarlara qarşı bacarmadıq. Gözlənilməz zərbə aldıq. Ancaq məğlubiyyəti faciə hesab etmirəm".

Xəbər xətti