Rossi: "Azərbaycanla oyunda üç xal qazanmasaq, bu qələbə önəmli olmayacaq"

11:11 - 25 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində millimizlə birgə E qrupunda qərarlaşan Macarıstan millisi evdə Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib.

 

Sportal.az infostart.hu-ya istinadən xəbər verir ki, oyundan sonra Macarıstanın baş məşqçisi Marko Rossi zəfəri şərh edib:

 

"Xorvatlar centlmen kimi davrandılar və əsl çempion olduqlarını sübut etdilər. Yaxşı oynadıq, bir az şans da bizim tərəfdə oldu. Slovakiya ilə matçda bəxtimiz gətirməmişdi. Noyabr ayındakı komanda ilə müqayisədə daha yaxşıyıq, ancaq fiziki cəhətdən bir qədər də artırmalıyıq. Azərbaycanla oyunda üç xal qazanmasaq, Xorvatiya üzərindəki parlaq qələbə çox da önəmli deyil. Bu oyun ən böyük qələbədir, karyeramın pik nöqtəsidir. Qələbə mənim və azarkeşlərindir. Şans da bizimlə oldu".

 

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 8-i keçiriləcək.

Xəbər xətti