Ayxan Abbasovdan Atilla açıqlaması: "Performansı xoşuma gəlmirdi"

13:44 - 25 Mart 2019

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına açıqlama verib.

 

37 yaşlı mütəxəssis komandanın hücumçusu Atilla Yıldırımı əvəzedici komandaya göndərməsi barədə danışıb:

 

"Atillanın intizamında problem yoxdur. Performansı xoşuma gəlmirdi. Əvəzedicilərə göndərmişik və orda hazırlaşır. Onun yaya qədər müqaviləsi var. Hələ heç kimlə bağlı qərar verməmişik".

 

Abbasov fasilədən maksimum şəkildə faydalanmaq istədiklərini deyib: "Bizim zədəli futbolçularımız var. Yavaş-yavaş sıraya dönürlər. Fasilədən maksimum şəkildə faydalanmaq istəyirik. Bu gün "Qəbələ" ilə yoxlama görüşündə qarşılaşacağıq. Komanda daxilində hər kəs bilir ki, son 7 oyun bizim üçün çox önəmlidir. Bunu dərk edib hazırlaşırıq".

Xəbər xətti