Zinəddin Zidanın yeni hədəfi: Sadio Mane!

15:09 - 25 Mart 2019

İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Sadio Mane yenidən İspaniya "Real"ının transfer hədəfinə düşüb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun çalışdırıcısı Zinəddin Zidan Seneqal millisinin üzvünü sərəncamında görmək istəyir. Madrid təmsilçisi 26 yaşlı vinger üçün ən azı 100 milyon avro təklif etməyi planlaşdırır.

 

Qeyd edək ki, Manenin "Liverpul"la 2023-cü ilə qədər müqaviləsi var. Seneqallı futbolçu cari mövsüm 38 oyuna 20 qol vurub, 4 assist edib.

Xəbər xətti