Mourinyo Çempionlar Liqasının finalında hansı komandaları görür?

15:56 - 25 Mart 2019

Mövsümün gedişində İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.

 

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, "Yuventus" - "Barselona" finalını düşündüyünü söyləyib: "Yuventus"la "Barselona"nın ÇL-in finalında olacağını düşünürəm. Hər iki komanda xüsusi futbolçulara sahibdir. Hər birimiz Kriştiano Ronaldo və Lionel Messi barədə danışırıq. Ancaq mən "Yuventus" və "Barselona" haqda danışmağı seçirəm. Hər iki komanda təcrübəlidir və güclü oyunçuları var".

 

Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsində "Yuventus" "Ayak"la, "Barselona" isə "Mançester Yunayted"lə qarşılaşacaq.

Xəbər xətti