Maradonadan sərt sözlər: "Millinin formasına layiq deyillər"

14:46 - 25 Mart 2019

Dünya futbolunun əfsanələrindən hesab edilən Argentina millisinin sabiq üzvü Dieqo Armando Maradona açıqlama verib.

 

Sportal.az mundoalbiceleste.com-a istinadən xəbər verir ki, Maradona milli komandanın üzvlərini sərt şəkildə tənqid edib: "Bu komanda Argentina yığmasının formasını geyməyə layiq deyil. Bu yalançılara inanmaqda davam edən argentinalılar üçün üzgünəm. Komandada doğru işlər görə biləcək liderlər olmalıdır. Bu, tək Lionel Messi ilə həll ola bilməz. Messi özü möhtəşəm futbolçudur, ancaq komandada problemlər var".

 

Qeyd edək ki, Argentina yoxlama oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub.

Xəbər xətti