Təmkin Xəlilzadə: "Xorvatiyaya məğlubiyyət son illərdə milli adına ən yaxşı nəticəmiz idi" MÜSAHİBƏ

21:01 - 25 Mart 2019

Milli komandamız yoldaşlıq oyunu çərçivəsində Litvanı qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra millimizin üzvü Təmkin Xəlilzadə jurnalitlərə müsahibə verib. 25 yaşlı cinah futbolçusu öncə oyunu şərh edib:
 
- Yoldaşlıq görüşü olsa da, rəsmi matç kimi hazırlaşmışdıq. Məncə, qələbə qazanmağımız üçün son nöqtəni qoymaq çatmadı. Hər şey edirdik, lakin sonluq alınmırdı. Rəqibdən 90 dəqiqə üstün oynadıq. Təəssüf ki, qalib gələ bilmədik.
 
- Hər iki komandanın futbolçuları aqressiv idi. Sanki yoldaşlıq yox, seçmə mərhələ oyunu idi.
- Rəqibin aqressiv olmağının səbəbini bilmirəm. Biz qalib gəlmək üçün aqressiv idi. Ancaq biz qələbə üçün alışıb-yanırdıq. Buna görə də yəqin ki, aqressiv idik. Uşaqlarla qələbəyə söz vermişdik.
 
- Dünən Macarıstan Xorvatiyanı 2:1 hesabı ilə məğlub etdi. Bunu sensasiya adlandırmaq olar?
- Çox çətin qrupa düşmüşük. Bütün rəqiblər bizdən birbaş üstündür. Lakin Xorvatiyaya 1:2 hesablı məğluniyyətdən sonra xalq, media bizdən daha artığını gözləyir. Buna haqqları da var. Ancaq bizi də başa düşsələr, yaxşı olar. Mən deyərdim ki, Xorvatiyaya məğlubiyyətimiz son illərdə milli adına ən yaxşı nəticəmiz idi. Slovakiya və Macarıstanla oyunlarda əlimzdən gələni edəcəyik.
 
- Macarıstan Xorvatiyaya qalib gəldi. Millimizin uğurlu adlandırdığın nəticəsi xorvatların zəif oyunu ilə əlaqələndirilməlidir.
- Mən belə deməzdim. Xorvatlar bizimlə oyunda əziyyət çəkdilər və qələbəni asan şəkildə qazanmadılar. Dünən macarlar da aqressiv idi. Bu da o deməkdir ki, qrupda gərgin mübarizə gedəcək. Bizə kiçik ölkə kimi baxıb, 6 xal qazanacaqlarını düşünə bilərlər. Biz də göstərəcəyik ki, əl-qolumuzu sallamağa çıxmayacağıq. Bütün oyunlarda rəqiblərimizi büdrətməyə çalışacağıq.
 
- Qrupun zəifi bizik?
- Reallıqla baxsaq, əlbəttə. Onlar bizdən birbaş üstündülər. İndi futbolda hər şey mükündür. Hamı mübarizə aparır. San Marino Şotlandiyaya 0:2 hesabı ilə uduzursa, biz niyə rəqiblərdən xal almayaq? Vaxtımız var, hazırlaşacağıq.

Xəbər xətti