Fransa, İngiltərə və Türkiyədən rahat qələbə, Portuqaliya büdrədi

01:40 - 26 Mart 2019

AÇ-2020-nin seçmə qrup mərhələsində ikinci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, A, B və H qruplarında 7 oyun baş tutub.

 

A qrupunda Kosovo Bolqarıstanla 1:1 hesablı heç-heçə edib. İngiltərə səfərdə Monteneqroya 5:1 hesabı ilə qalib gəlib.

 

B qrupunda Portuqaliya yığması bu dəfə Serbiya ilə matçda xal itirdib - 1:1. Ukrayna isə səfərdə Lüksemburqa 2:1 hesabı ilə qalib gəlib.

 

H qrupunda qərarlaşan Türkiyə yığması Moldovanı 4 cavabsız qolla üstələyib. Son dünya çempionu Fransa İslandiyaya eyni aqibəti yaşadıb - 4:0. Albaniya isə səfərdə Andorranı 3:0 hesabı ilə məğıub edib.

 

AÇ-2020-nin seçmə mərhələsi, II tur

 

A qrupu


Kosovo - Bolqarıstan - 1:1
Qollar: Arber Zeneli, 61 - Vasil Bojikov, 39

Monteneqro – İngiltərə - 1:5
Qollar
: Marko Vesoviç, 17 - Maykl Kin, 30, Ross Barkli, 39, 59, Harri Keyn, 71, Rahim Sterlinq, 81

B qrupu

Lüksemburq - Ukrayna - 1:2
Qollar
: David Turpel, 34 - Viktor Çiqankov, 40, Gerson Rodriqes, 90+4

Portuqaliya - Serbiya - 1:1
Qollar
: Danilu Pereyra, 42 - DuşanTadiç, 7 (pen.)

 

H qrupu

Türkiyə - Moldova - 4:0
Qollar:
Hasan Ali Kaldırım, 24, Cenk Tosun, 26, Cenk Tosun, 53, Kaan Ayhan, 70
Qeyri-dəqiq penalti: Burak Yılmaz, 53 (Türkiyə)

 

Andorra - Albaniya - 0:3
Qollar
: Armando Sadiku, 21, Bekim Balay, 87, Amir Abraşi, 90

Fransa - İslandiya - 4:0
Qollar
: Samuel Umtiti, 12, Olivye Jiru, 68, Kilian Mbappe, 78, Antuan Qrizmann, 84

Xəbər xətti