Kantedən "Real" açıqlaması

16:11 - 26 Mart 2019

İngiltərənin "Çelsi" klubunun fransalı yarımmüdafiəçisi Nqolo Kante adının İspaniya "Real"ı ilə hallanmasına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu "Çelsi"dəki oyunlara kökləndiyini və transferlə maraqlanmadığnı deyib: "Hazırda transfer xəbərləriylə maraqlanmıram. Zinəddin Zidan məni istəsə belə, hazırda önəmli deyil. Çünki "Çelsi"nin oyunlarına köklənmişəm".

 

"Çelsi"nin Kantenin transferi üçün ən azı 100 milyon avro tələb etdiyi xəbərləri dolaşır.

 

Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm 43 oyuna 4 qol vurub, 4 assist edib.

Xəbər xətti