Anasından Salaha: "Atanı belə görsəydim, boşanardım"

17:17 - 26 Mart 2019

"Liverpul"un futbolçusu Məhəmməd Salah "İnstagram" hesabında livanlı aktrisa və müğənni Cessi Abdo ilə fotosunu paylaşıb. Şəkil isə Məhəmmədin anasını məmnun etməyib.

 

Sportal.az xəbər verir ki, anası "Whatsapp"da Salaha mesaj yazıb və "Atanı belə görsəydim, boşanardım", - deyə qeyd edib. 26 yaşlı ulduz futbolçu anası ilə yazışmasını "instagram"da hekayə bölməsinə yerləşdirib və izləyiciləri xeyli güldürüb.

 

31 yaşlı aktrisa isə Salahla görüşü barədə bunları deyib: "Məhəmmədlə görüşümüz 2 dəqiqə çəkdi. Dubayda olduğunu öyrəndim və onunla görüşdüm".

 

Xəbər xətti