"Neftçi" "Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

“Neftçi” Premyer Liqanın 22-ci turunda qarşılaşacağı “Keşlə” ilə oyuna hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu gün doğma bazada baş tutan məşqdə millinin düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Namiq Ələsgərov, Mirabdulla Abbasov və Ömər Buludov da iştirak ediblər.

 

Litva ilə yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuş Səlahət Ağayev və Anton Krivotsyuk bərpa məşqi keçiblər. Toplu çalışmaların və müxtəlif təmrinlərin yerinə yetirildiyi məşqə milli komandaların düşərgəsində olan Kamran İbrahimov, Soni Mustivar və Mamadu Kane qatılmayıblar. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

 

Qeyd edək ki, martın 30-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.

Tarix: 26 Mart [18:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyul 2019
17  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio