Ufuk Budak Super Liqa klubuna qarşı bir hissə oynadı

13:50 - 27 Mart 2019

Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi I Liqa təmsilçisi Super Liqada mübarizə aparan “Kasımpaşa” ilə qarşılaşıb.

 

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.

 

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi fasilədə əvəzlənib.

Xəbər xətti