"Yuventus"un Salah planı

14:44 - 27 Mart 2019

"Yuventus" "Liverpul"un futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb. İddiaya görə, Turin klubu Kriştiano Ronaldonun gəlişindən sonra kölgədə qalan Paulo Dibaladan Salahın transferində yararlanmaq istəyir. İtaliya çempionu misirli ulduza qarşılıq "Liverpul"a argentinalı hücumçunu və müəyyən məbləğdə pul təklif etmək niyyətindədi.

 

Salah 2017-ci ildə "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub.

Xəbər xətti