AFFA-dan forma biabırçılığı ilə bağlı rəsmi açıqlama

14:52 - 27 Mart 2019

Azərbaycan yığmasının Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ oyununda meydana çıxan Emin Mahmudovun formasında onun soyadı ilə bağlı böyük yanlışlığa yol verilib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin soyadı “Makhmudıv” formasında qeyd olunub ki, bu da futbol ictimaiyyəti tərəfindən ciddi tənqidlərlə qarşılanıb.

 

AFFA sözügedən məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun yaydığı açıqlamada bunlar qeyd olunub: “AÇ-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununda 72-ci dəqiqədə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub. AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib”.

 

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya ilə oyunda forma ilə bağlı digər qaydaları da pozub. 

Xəbər xətti