Kamran Ağayevin son durumu: "Neftçi"yə qarşı oynaya biləcək?

16:40 - 27 Mart 2019

"Keşlə"nin qapıçısı Kamran Ağayev zədəsini sağaldıb. 

 

Sportal.az xəbər verir ki, ayağındakı zədəyə görə Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə" ilə qarşılaşmada komandasına kömək edə bilməyən qolkiper artıq məşqlərə başlayıb. Onun adı "Neftçi" ilə görüşün iştirak ərizəsində yer alacaq. 

 

Qeyd edək ki, Kamran Ağayev ayağındakı zədəyə görə milli komandadan da kənarda qalıb.  

Xəbər xətti