Ramil Quliyev Türkiyədə ilin ən yaxşısı seçildi

01:01 - 28 Mart 2019

Türkiyədə 2018-ci ilin ən yaxşı idmançıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qardaş ölkə adına yarışan azərbaycanlı atlet Ramil Quliyev ilin idmançısı seçilib.

 

İtaliyanın “Roma” klubunda çıxış edən Türkiyə millisinin yarımmüdafiəçisi Cengiz Ünder ilin futbolçusu seçilib.

 

Qadınlardan ibarət “Vakıfbank” voleybol klubu ilin komandası olub.

 

“Fənərbaxça”nın basketbol komandasıni çalışdıran Zeliko Obradoviç ilin məşqçisi seçilib.

Xəbər xətti