Di Françesko "Fiorentina" yolunda

10:56 - 28 Mart 2019

İtaliyanın "Roma" klubundan ayrılan Eusebio di Françeskonun yeni mövsüm üçün iş yeri bəlli olmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsində çalışmağa davam edəcək. 49 yaşlı çalışdırıcı "Fiorentina" ilə anlaşmağa yaxındır. Məlumata görə, di Françesko illik 1,5 milyon avro maaş olmaqla 3 illik müqavilə bağlayacaq.

 

Qeyd edək ki, "Fiorentina" bu mövsüm A Seriyasında 28 turdan sonra 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti