Patonun yeni klubu rəsmən bəlli oldu

11:10 - 28 Mart 2019

Çinin "Tynaçzin Qoyançzyan" klubundan ayrılan Braziliya millisinin sabiq üzvü Aleşandre Patonun yeni komandası bəlli olub.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, "San Paulo" ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. Patonun illik maaşı 1,96 milyon avro olacaq.

 

Qeyd edək ki, 29 yaşlı forvard "İnternasional", "Milan", "Korintians", "Çelsi" və "Vilyarreal" klublarında çıxış edib. Pato 2017-ci ildən Çin klubunda oynayırdı. O, 29 dəfə Braziliya yığmasında forma geyinib.

Xəbər xətti