"İnter" "Barselona"nın futbolçusunu icarəyə götürmək istəyir

11:35 - 28 Mart 2019

İspaniya nəhəngi "Barselona" oynamaq şansı qazanmayan Malkomu icarəyə verə bilər.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliyanın "İnter" klubu braziliyalı vingeri heyətinə qatmaq istəyir. Milan təmsilçisi Malkomu satın almaq şərtiylə icarəyə götürmək fikrindədir. "Barselona"nın bu təklifə müsbət yanaşacağı xəbərdə vurğulanıb.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən yay "Bordo"dan 40 milyon avro qarşılığında "Barselona"ya üz transfer olub. Malkom bu mövsüm 15 oyuna 3 qol vurub.

 

Xəbər xətti