"Tottenhem" transfer sükutunu Diavara ilə pozmaq istəyir

11:55 - 28 Mart 2019

Son iki transfer dönəmində heyətini gücləndirməyən "Tottenhem" yay üçün planlarını cızır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, London klubu "Napoli"nin yarımmüdafiəçisi Amadu Diavaranı hədəfə alıb. 21 yaşlı futbolçunun transfer üçün danışıqlar artıq start götürüb. "Tottenhem"in prezidenti Daniel Levi "Napoli"nin başqanı Aurelio De Laurentiislə transferin detallarını müzakirə edir.

 

Qeyd edək ki, qvineyalı futbolçu 2016-cı ildə "Bolonya"dan 14,5 milyon avroya "Napoli"yə keçib.

Xəbər xətti