"Mançester Yunayted" Sulşerlə 3 illik müqavilə imzaladı - RƏSMİ

13:21 - 28 Mart 2019

"Mançester Yunayted" baş məşqçi Ule Qunnar Sulşerlə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, norveçli mütəxəssislə 3 illik sözləşmə imzalanıb. 46 yaşlı məşqçi klubun rəsmi saytına açıqlama verib:

 

""Mançester Yunayted"in futbolçusu olmaq və daha sonra məşqçilik karyerama burada başlamaq mənim üçün şərəfdir".

 

Qeyd edək ki, Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi postuna təyin olunan Sulşerlə müqavilənin müddəti mövsümün sonunadək idi.

Xəbər xətti