Səmədov karyerasını nə vaxt başa vuracaq?

19:23 - 28 Mart 2019

Rusiyanın "Krılya Sovetov" klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu bu, ya da gələn mövsümün sonunda butsılarını mıxdan asacağını deyib: "Bu mövsüm olmasa, gələn il mütləq karyeramı başa vuracağam. Tam qərar verməmişəm. Vida matçım olmayacaq. Çünki çox klubda oynamışam. Karyeramı "Spartak"da bitirəcəyimi düşünürdüm. Amma artıq belə bir şey mümkün deyil. Ora futbolçu kimi qayıtmaq istəmirəm".

 

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Rusiya millisinin sabiq üzvü Moskvanın "Moskva", "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.

Xəbər xətti