Essyenə "Real"dan dəvət

00:00 - 29 Mart 2019

"Səbail"in yeni transferi Maykl Essyen "Real"ın hər yay əfsanəvi futbolçular arasında təşkil etdiyi yoldaşlıq oyununaa dəvət alıb.

 

Sportal.az xəbər verir ki, Qana millisinin sabiq üzvü xeyriyyə məqsədilə keçiriləcək matçda sabiq komandası "Çelsi"nin şərəfini qoruayacaq. "Real" və "Çelsi"nin əfsanələri arasında baş tutacaq görüş iyunun 23-də "Santyaqo Bernabeu" stadionunda olacaq.

 

Qeyd edək ki, Essyen "Çelsi" və "Real"da çıxış edib. 36 yaşlı futbolçu "Səbail"lə 1,5 illik müqavilə bağlayıb.

Xəbər xətti