Tələbəlik arzusu, yoxsa “Qarabağ” sevgisi? VİDEO

09:12 - 29 Mart 2019

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Yusif Dünyamalıyev “Qarabağ”ın bazasının qonağı olub.

 

Sportal.az xəbər verir ki, abituriyent olarkən valideynləri Yusifə universitetə daxil olacağı halda "Qarabağ" və komandanın baş məşqçisi Qurban Qurbanovla görüşmək sözünü verib.

 

Ağdam klubunun bazasına təşrif buyuran tələbə komandanın məşqini izləyib, baş məşqçi Qurban Qurbanovla görüşüb və sonda isə futbolçularla xatirə şəkili çəkdirib.

 

Həmin görüşdən hazırlanan videoreportajı təqdim edirik:

 

Xəbər xətti