"Sabah" serbiyalı futbolçu ilə yollarını ayırdı

14:31 - 29 Mart 2019

Mövsüm başa çatmamış "Sabah" klubunda ilk ayrılıq baş verib. 

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Miloş Bosançiç klubu tərk edib. 31 yaşlı serbiyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, cari mövsümün əvvəlində "Slovan"dan "Keşlə"yə keçən Bosançiç az sonra "Sabah"ın yolunu tutub.

Xəbər xətti