Liderdən növbəti darmadağın, "Zirə" "Sabah"a məğlub oldu

16:54 - 29 Mart 2019

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

 

Lider MOİK səfərdə autsayder “Ağsu”nu 4 cavabsız qolla məğlub edib.  “Sabah-2” isə “Zirə-2″dən üstün olub.

 

Tura sabah keçiriləcək “Qarabağ-2” – “Keşlə-2” matçıyla yekun vurulacaq.

 

Birinci Divizion

20-ci tur

29 mart

 

"Ağsu" – MOİK 0:4

Qollar: Raul Yaqubzadə, 7; 31; 75. Orxan Həsənov 68-pen.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

Ağsu şəhər stadionu

 

"Zirə-2" – "Sabah-2" - 0:1

Qol: Reza Bigdelo, 25.

Qırmızı vərəqə: Pərdis Fərcad-Azad, 37. (“Zirə-2”) 

Hakimlər: Orxan Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Nail Nağıyev.

Bakı. “AZAL Arena”.

Xəbər xətti