Ramil Şeydayev oynadı, komandası məğlub oldu

00:48 - 30 Mart 2019

Rusiya Premyer Liqasında XXI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" doğma azarkeşləri önündə Tula "Arsenal"ı qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

Görüşə ehtiyatdan başlayan Şeydayev 73-cü dəqiqədə meydana daxil olub.

 

Bu məğlubiyyətdən sonra "Krılya Sovetov" aktivindəki 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti