Azər Əliyev oynadı, ÇSKA son dəqiqə şoku yaşadı VİDEO

00:36 - 1 Aprel 2019

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" səfərdə Moskva ÇSKA-sı ilə 2:2 hesablı heç-heçə edib.

 

Əliyev qarşılaşmanın 72-ci dəqiqəsində meydana daxil olub.

 

Premyer Liqanın turnir cədvəlinə 44 xalla "Zenit" başçılıq edir. "Lokomotiv"lə "Krasnodar" 38 xalla 2-3-cü yerləri bölüşürlər. ÇSKA 37 xalla 4-cü, "Spartak" 36 xalla 5-cidir. 17 xalı olan "Ufa" 15-ci sırada qərarlaşıb.

 

ÇSKA - "Ufa" - 2:2

Qollar: Nikola Vlaşiç, 25, Fyodor Çalov, 64 - Lovro Bizyak, 87, Silvestr İqbun, 90+3

 

Xəbər xətti