Levandovski transfer qərarını verdi

11:48 - 1 Aprel 2019

Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski transfer qərarını verib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, polşalı futbolçu adının bir çox klubla hallanmasına baxmayaraq, Münhen təmsilçisində qalmaq istədiyini deyib: "Müqaviləm 2021-ci ildə başa çatacaq. Ancaq burada daha uzun müddət qalmağı xəyal edirəm. Dünyanın ən yaxşı "9 nömrə"si olduğumu göstərmək üçün əlimdən gələni edirəm. Meydana çıxanda hər dəfə özümü sübut etmək məcburiyyətindəyəm. Qol vuranda və komanda qələbə qazananda hər şey möhtəşəm olur. Belə bir karyera qurduğum üçün xoşbəxtəm".

 

Qeyd edək ki, 30 yaşlı hücumçu cari mövsüm 37 oyuna 31 qol vurub, 12 assist edib.

Xəbər xətti