Sumqayıtda şəhidlər anıldı

18:43 - 1 Aprel 2019

Azərbaycan Premyer Liqasının XXII turunun bağlanış matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edir.

 

Sportal.az xəbər verir ki, şəhər stadionunda keçirilən matçdan öncə 2016-cı ilin aprel döyüşlərinin il dönümü ilə əlaqədar şəhidlər anılıb.

 

Komandalar meydana xüsusi geyimlərdə və şəhid övladları ilə birgə çıxıblar çıxıblar. Görüşdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azarkeşlər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər.

 

Qarşılaşmanın startından sonra isə stadionda “Aprel şəhidləri”nin adları səsləndirilib.

Xəbər xətti