"Qəbələ"nin final mərhələsindəki rəqibləri məlum oldu

15:54 - 2 Aprel 2019

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandalarının müvafiq liqaların final mərhələlərindəki rəqibləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan U-10, U-11, U-12, Coca-Cola U-13 və Kapital Bank U-14 liqalarının final mərhələsinin püşkatmasından sonra müəyyənləşib.

 

U-14 komandası 1/8 finalda UGİŞM-1 (Sumqayıt) ilə qarşılaşacaq. U-12 1/4 finala vəsiqə uğrunda matçlarda “Azəri TİM”lə (Gəncə) qarşılaşacaq. 1/8 finalda oynayacaq U-11 UGİŞM-2 (Sumqayıt) ilə üz-üzə gələcək. “Qəbələ”nin U-10 Liqasının 1/8 finalındakı rəqibi isə “Zirvə” (Lənkəran) olacaq.

Xəbər xətti