Premyer Liqanı tərk edəcək daha bir klub bəlli oldu VİDEO

01:21 - 3 Aprel 2019

İngiltərə Premyer Liqasını tərk edəcək daha bir klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, çempionatın 33-cü turunda səfərdə "Uotford"a 1:4 hesabı ilə məğlub olan "Fulhem"in Premyer Liqa ilə vidalaşacağı dəqiqləşib.

 

Daha öncə "Haddersfild"in Premyer Liqanı tərk edəcəyi məlum olmuşdu.

 

Qeyd edək ki, "Fulhem" ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.

 

 

 

Xəbər xətti