Milli üzvlərindən biri oynadı, digəri baxdı

11:53 - 3 Aprel 2019

Türkiyə I Liqasında 27-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü üzvü Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi”, yığmanın digər futbolçusu Ufuk Budakın çıxış etdiyi “Boluspor”u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Dəniz Yılmaz bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Ufuk Budak isə start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

 

27 oyuna 55 xal toplayan “Gənclərbirliyi” hazırda 55 xalla zirvədə qərarlaşıbsa, “Boluspor” 39 xalla 9-cudu.

Xəbər xətti