Millimizin yeni baş məşqçisi açıqlandı

12:46 - 3 Aprel 2019

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, komanda Vüqar Məmmədə həvalə olunub. Qərar AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq qəbul edilib.

 

Qeyd edək ki, Vüqar Məmməd Avropa çempionatının elit raundunda iştirak edən Azərbaycanın U-19 yığmasının baş məşqçisi olub.

Xəbər xətti