"Xəzər Lənkəran"a texniki məğlubiyyət verildi, bir klub çempionatdan çıxarıldı

15:28 - 3 Aprel 2019

AFFA İntizam Komitəsi 4 komandaya texniki məğlubiyyət verib.

 

Sportal.az xəbər verir ki, U-13 liqasında "Xəzər Lənkəran", U-14 liqasında "Araz Baku", Yüksək Qızlar Liqasında isə "Veqa" oyunlara heyətlərində yetərsay olmadan çıxıb. Hər üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Futzal üzrə Yüksək Liqada isə "Yasamal" MFK "Araz"la oyunda iştirak etməyib. Bu səbəbdən komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığından "Yasamal" MFK yarışlardan kənarlaşdırılıb.

Xəbər xətti