Kökçü üçün 21 dəqiqə və 1 xal

14:48 - 4 Aprel 2019

Türkiyə I Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Giresunspor” səfərdə “Balıkəsirspor”la qarşılaşıb və bu matçdan heç-heçə ilə ayrılıb - 1:1.

 

Ozan da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.

 

“Giresunspor” 27 turdan sonra 28 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti