"Real" PSJ-nin futbolçusu ilə anlaşdı

17:19 - 4 Aprel 2019

PSJ-nin futbolçusu Adrien Rabyö mövsümün sonunda klubdan ayrılacaq.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək. Fransalı futbolçu Madridin “Real” klubuna keçəcək. Tərəflərin anlaşdığı iddia edilib. Rabyö "kral klubu"na azad agent statusu ilə keçəcək.

 

Qeyd edək ki, Rabyö PSJ-nin yrtirməsidir.

Xəbər xətti