I Divizion: liderdən əzmkar qələbə

17:27 - 4 Aprel 2019

I Divizionda XXI tura start verilib. İlk gündə 3 qarşılaşma baş tutub.

 

Sportal.az xəbər verir ki, “Neftçi-2” öz meydanında “Ağsu”dan güclü olub. Çempionatın lideri MOİK “Qarabağ”la ev matçında çətin qələbə əldə edib. “Kəpəz” – “Zirə-2” matçında isə qapılara qol vurulmayıb.

 

Turun qalan 4 oyunu sabah keçiriləcək.

 

“Kəpəz” – “Zirə-2” – 0:0

 

“Neftçi-2” – “Ağsu” – 4:1

Qollar: Əlibəy Məmmədli, 12, 72, Elnur Süleymanov, 60, ismayıl Zülfüqarlı, 79 – Ruslan Mirzəliyev, 54

Qırmızı vərəqə: Kənan Əşrəfli, 63 (“Ağsu”)

 

MOİK – “Qarabağ-2” – 2:1

Qollar: Raul Yaqubzadə, 61, Bahadur Həziyev, 81 – Cavid Bayramov, 24

Xəbər xətti