"Sumqayıt" "Keşlə" ilə oyuna Əfran İsmayılovsuz hazırlaşır

00:41 - 5 Aprel 2019

Premyer Liqanın 23-cü turunda “Keşlə”ni qəbul edəcək olan “Sumqayıt” hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib. Zədəli olan Əfran İsmayılov hazırlıq prosesində iştirak etməyib.

 

1,5 saat davam edən məşqdə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması 6 aprel, saat 16:00-da “Kapital Bank Arena”da keçiriləcək.

Xəbər xətti