"Benfika" futbolçusunu 38 milyona satdı

01:16 - 5 Aprel 2019

"Benfika" futbolçusu Raul Ximenesi "Volverhempton"a birdəfəlik satıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu meksikalı hücumçu üçün 38 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçuyla 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Ximenes bu mövsüm 37 matçda 15 qol vurub, 7 qolun ötürməsini verib.

Xəbər xətti