Azərbaycan millisinin üzvü zədəsini sağaltdı

11:11 - 5 Aprel 2019

Millinin və Almaniyanın "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. 

 

Sportal.az xəbər verir ki, bunu III Bundesliqa klubunun baş məşqçisi Marko Antverpen deyib. Münster təmsilçisinin çalışdırıcısı Dadaşovun kollektivlə məşqlərdə iştirak etdiyini bildirib. 27 yaşlı forvardın bu gün  "Mappen"lə oyunda meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, 27 yaşlı forvard yığmanın heyətində zədələnmişdi.

Xəbər xətti