73 yaşlı qapıçı "Ginnesin rekordlar kitabı"na düşdü

13:23 - 6 Aprel 2019

İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.

 

Sportal.az xəbər verir ki, 73 yaşında meydana çıxan qolkiper peşəkar karyerasını davam etdirən ən yaşlı oyunçu adını qazanıb. Aşağı dəstədə "Makkabi Ramat Qan"la matçda (1:5) "İroni Yehuda"nın qapısını qoruyan Hayikə oyundan sonra xüsusi mükafat təqdim olunub.

 

Qeyd edək ki, qolkiper bu göstərici ilə uruqvaylı Roberto Karmonanın (53 yaş) rekordunu yeniləyib.

Xəbər xətti