"Bayern" "Borussiya"nı darmadağın etdi, lider oldu VİDEO

00:21 - 7 Aprel 2019

Almaniya Bundesliqasında 28-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Bayern" evdə Dortmund "Borussiya"sını qəbul edib. Münhen klubu 5:0 hesabı ilə qalib gəlib və turnir cədvəlində liderliyə yüksəlib.

 

Bundesliqanın turnir cədvəlinə 64 xalla "Bayern" başçılıq edir. "Borussiya" 63 xalla 2-ci, "Leyptsiq" 55 xalla 3-cü, "Ayntraxt" 52 xalla 4-cüdür.

 

"Bayern" - "Borussiya" - 5:0

Qollar: Hummels, 10, Levandovski, 17, 89, Xavi Martines, 41, Serj Qnabri, 43

 

 

 

Xəbər xətti