"Lion" autsayderə uduzdu VİDEO

01:01 - 7 Aprel 2019

Fransa I Liqasında 31-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Lion" evdə "Dijon"a 1:3 hesabı ilə uduzub.

 

Liqa 1-də turnir cədvəlinə 80 xalla PSJ başçılıq edir. "Lill" 60 xalla 2-ci, "Lion" 56 xalla 3-cü, "Sent-Etyen" 50 xalla 4-cü, "Marsel" 48 xalla 5-cidir. 24 xalı olan "Dijon" 18-ci sırada qərarlaşıb.

 

"Lion" - "Dijon" - 1:3

Qollar: Martin Terye, 1 - Vesli Said, 3, Marselo, 7 (avtoqol), Rafael da Silva, 65 (avtoqol)

 

 

 

Xəbər xətti