Şeydayevli "Krılya Sovetov" "Krasnodar"a məğlub oldu VİDEO

01:21 - 7 Aprel 2019

Rusiya Premyer Liqasında 22-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" klubu səfərdə "Krasnodar"la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

 

Şeydayev oyunda 87-ci dəqiqədə daxil olub.

 

Premyer Liqada turnir cədvəlinə 44 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 41 xalla 2-ci, ÇSKA 40 xalla 3-cü, "Lokomotiv" 38 xalla 4-cü, "Spartak" 36 xalla 5-cidir. 24 xalı olan "Krılya Sovetov" 11-ci sırada qərarlaşıb.

 

"Krasnodar" - "Krılya Sovetov" - 1:0

Qol: Viktor Klasson, 90+2 (pen.)

Qırmızı vərəqə: Sergey Petrov, 71 ("Krasnodar")

 

Xəbər xətti