İsrafilovlu "Alkorkon" uduzdu

10:56 - 8 Aprel 2019

İspaniya Sequndasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Albasete”yə 0:1 hesabı ilə uduzub.

 

İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Qeyd edək ki, "Alkorkon" 44 xalla Sequndanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti