"Qəbələ" "Monako" və "Benfika" ilə qarşılaşacaq

12:29 - 8 Aprel 2019

"Qəbələ"nin daha bir aşağı yaş qrupu üzrə komandası ölkə xaricinə yollanacaq.

 

Sportal.az xəbər verir ki, U-17 komandası Fransada turnirə qatılacaq.

 

Belə ki, 10-12 mayda adıçəkilən ölkədə "Snaf Mondial Cup" beynəlxalq turniri baş tutacaq. "Qırmızı qaralar" həmin yarışa hazırlaşır.

 

"Qəbələnin A qrupundakı rəqibləri yerli "Monako" və "Anje", eləcə də Portuqaliyadan "Benfika" olacaq.

Xəbər xətti