"Mançester Yunayted"in yay transfer planı - 200 milyonluq büdcə

19:19 - 8 Aprel 2019

"Mançester Yunayted" yayda heyətində ciddi dəyişikliklər edə bilər.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi yeni transferlər üçün 200 milyon funt-sterlinq ayırmağa hazırdı.

 

Baş məşqçi Ole-Qunnar Sulşer komandanın sabiq çalışdırıcısı Ser Aleks Fergüsson kimi heyətdə ingilis futbolçuların sayını çoxaltmaq istəyir.

 

"Qırmızı şeytanlar" "Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissaku, "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço, "Çelsi"nin hücumçusu Kallum Hadson-Odoy, "Real"ın müdafiəçisi Rafael Varan və "Atletiko"nun yarımmüdafiəçisi Saul Niqesi transfer etmək istəyir.

 

Britaniya mətbuatı yayda "mankunyanlar"ın 6 futbolçu - Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmianla yolları ayıracağını da yazıb.

Xəbər xətti